TƏRƏFDAŞLARIMIZ
Xidmətlər
CCTV kameralar
"VIP Electronics" ən münasib qiymətlətlə, rəngli və gecə görünüşlü, bütün növ təhlükəsizlik kameralarını - "IP" kameralar, "HD" kameralar, "Pinhol" camera, "IR" tipli xarici kamera, "Dome" tipli daxili kamera, "Zoom"lu, "Speedom", "Slowdom" kameraları sizlərə təklif edir.
İstədiyiniz ölçülərə uyğunlaşdırıla bilən lensləri, "Sony" və "Sharp" markalı lensləri "VIP Electronics"-dən əldə edə bilərsiniz. 420-480-520-550-580-600-650-700 "TV LIVE" tipli kameralarla, "güzgü kimi" görüntülərlə əmlakınızın mühafizəsi ən yüksək səviyyədə təşkil edilir.

DVR cihazlar
DVR cihazları kameraların çəkdiyi görüntüləri yaddaşa yazır. İstənilən vaxt DVR cihazlarının yaddaşında tarixə, saata, dəqiqəyə uyğun axtarış aparmaq, məlumat bazasındakı görüntünü izləmək mümkündür.
DVR cihazlarda:
Wi-fi vasitəsi ilə internetə qoşulma, 3G sisteminin dəstəkləməsi
Adam saymaq imkanı, telefondan izləmə imkanı
PTZ control sistemi, Speedom, Slowdom kameraların idare olunması
Əlavə jostik sisteminin qoşulması, İP ünvan tanıntma
Görüntülərin tarixə, günə, saat, dəqiqəyə görə arxivlənməsi
Görüntülərə DVR zoom funksiyası, 4 TB yaddaş arxivi
İnternet üzərindən zoom funksiyası və yaddaşdakı görüntüləri izlənməsi
Bütün DVR cihazlarına 1 il zəmanət verilir!

Kabelli və kabelsiz GSM Alarm
Kabelli və kabelsiz GSM Alarm sistemi oğurluq əleyhinə ən mükəmməl müdafiələrdən biri olub "Dayler" sistemi (simkart vasitəsi ilə mobil telefona zəng etmə) ilə təchiz olunmuşdur.
Bütün sensorlar kabelsiz, evinizin kosmetik təmirinə zərər gətirmədən mərkəzi sistemə (panelə) qoşulur. Sensor hərəkət, maneə hiss edən zaman siqnalı panelə ötürülür və cihaz "sirena" - səsli xəbərdarlıq siqnalı verir. Səs ötürücüsünün ölçüləri kiçik olsa da, səs yayma göstəriciləri çox yüksəkdir. Səsli xəbərdarlıqla yanaşı, sistem, cihazın yaddaşına əvvəlcədən yazmış olduğunuz 5 telefon nömrəsinə ardıcıl olaraq zəng edir. (sırası ilə - edilən zənglərdən cavab alınmadıqda, növbəti nömrəyə zəng edilir). Mərkəzi sistemə çoxlu sayda sensor qoşulma imkanı vardır.
Günümüzün tələblərinə əsasən, təklif olunan mühafizə seçimi iş mərkəzlərinin, mülklərinizin, daşınmaz əmlakınızın qorunması üçün uğurla sınaqdan çıxmış, özünü doğrultmuş sistemdir.
Ən əhəmiyyətlisi isə bütün bu imkanların qarşılığında heç bir əlavə ödənişin, aylıq ödənişin olmamasıdır!

VideoDomofon
Videodomofon sistem həllərinin köməkliyi ilə şəxsi mülk sahiblərinin rahatlığını artırmaq, xoş və təhlükəsiz istirahətini təmin etmək haqqında düşünürük:
Rəngli və ağ/qara domafonlar
Yaddaşlı və yaddaşsız
Telefon dəstəkli və dəstəksiz, LCD sensorlu
Şəkillərin və videoların yaddaşa yazılması
Qapıya yaxınlaşan, ancaq zəngə toxunmayan şəxsin videogörüntüsü(yazılışı)
Kabelsiz wirelees-lə işləyən domafon sistemləri
Bina evləri üçün audio domafon sistemi (məsələn 30 ev)
Elektron kilidləri asanlıqla açan bu sistemlər həyatınıza rahatlıq gətiricək!

Şirkətimiz bütün növ biometrik sistemlər, kartlı keçid, "barmaq izi", "üz tanıma" ilə keçid sistemlərin satışı və quraşdırılmasını təklif edir.
Ofislərdə də qurulan bu sistemlər personalın işə davamiyyətini, işə giriş-çıxış saatlarına nəzarət etməklə bütün məlumatların yaddaşa, məlumat bazasına yazılaraq, sizə gündəlik, həftəlik və aylıq hesabat verilməsini təmin edir.
"Acces control" sistemlər turniket və şlaqbaum sistemlərinə də proqram təminatı ilə birgə qurula bilir.

Metal axtarma detektorları
Binaların girişlərində qurulan yaxud əl istifadəsi üçün nəzərdə tutulan, "Secuda", "Garetti", "Cheia" markalarının istehsalı olan metal arama detektorlarını rahatlıqla VİP Electronicse sifariş edə bilərsiniz. Əl istifadəsi üçün nəzərdə tutulmuş metal axtarma detektorları axtarış zamanı 3 fərqli rejimdə çalışa bilir. İstəyinizə uyğun olaraq səsli, səssiz və ya titrəyişlə xəbərdarlıq rejimlərindən birini seçə bilərsiniz. Binaların girişlərində qurulan metal arama sistemlərini isə sizin istəyinizə uyğun olaraq silah, dəmir yaxud digər metal axtarma seçiminə uyğun proqramlaşdırmaq mümkündür.
Qurulan bütün avadanlıqlara 1 il zəmanət verilir!

Mini ATS
"VIP Electronics" şirkətinin təklif etdiyi Mini ATS sistemləri ilə siz ofisdə rahat iş rejiminə sahib olacaqsınız. Daxili telefon şəbəkəsinə faks aparatının qoşulmaq imkanı mövcuddur. Dünyanın ən tanınmış markalarının - Multitek, Panasonic, Siemens, NEC firmalarının keyfiyyətli istehsalları, mini ATS sistemləri ilə ofisinizdə rahat rabitə sistemi yaratmaq şansınız olacaq. Robot operator, sistem telefonları, telefon aparatları və digər bütün aksesuarlar mövcuddur.

Turniket
Turniketlər müəssisə və təşkilatların buraxılış məntəqələrində, inzibati təşkilatlarda, stadionların giriş və çıxışlarında, əyləncə mərkəzlərində, parklarda və digər insan axınınının yüksək olduğu məkanlarda axını idarə etmək və təhlükəsizliyi nəzarətdə saxlamaq üçün nəzərdə tutulmuşdur. İstənilən acces control, kartlı keçid, "barmaq izi" sistemi qoşulur. Bir və iki ayaqlı, mexaniki turniket sistemləri bütün giriş və çıxışların avtomatik rejimdə qeydiyyatını aparır. Nəticədə məkanlarınızın nizamlı hərəkəti təmin olunur.

Şlaqbaum
Tikinti obyektlərinə, idarə və təşkilatlara, yaşayış massivlərinə və digər obyektlərə giriş-çıxışın məhdudlaşdırılması üçün şlaqbaum bariyer sistemləri təkliflərimiz olduqca münasibdir. Şlaqbaum sistemi dəstinə 2 ədəd uzaqdan idarəetmə cihazı (pult) və 2-6 metr uzunluğunda qol daxildir. İstədiyiniz sayda əlavə kənardan idarəetmə cihazlarının(pult) tanıdılaraq istifadəsi mümkündür.
Təklif olunan bütün məhsullar Türkiyənin AVAX firmasının, eləcədə BFT, Came və BETA kimi tanınmış, keyfiyyətli məhsul istehsalçılarınındır. İstənilən növ kartlı keçid sisteminin şlaqbaum sistemlərinə quraşdırılması mümkündür.
Əldə etdiyiniz bütün məhsullara zəmanət təqdim edilir.

Bu günədək xidmətimizdən istifadə etmiş qurumlardan bəziləri:
Fövqaladə Hallar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
Kürdəmir Rayon İcra Hakimiyyəti, Masallı Rayon Prokurorluğu
Sangaçal Neft Terminalı, Salyan Təbiət Qoruğu
Dövlət Radiotezliklər İdarəsi, "Lider Tv & Radio-Azərbaycan"
"Akkord" Şirkətlər Qrupu, "RISE" tikinti şirkəti
"Nurgun Motors", "Ford Azerbijan"
Mərkəzi Univermaq