TƏRƏFDAŞLARIMIZ
Haqqımızda


"VIP Electronics & Security Systems" 2007-ci ilde "VIP Güvənlik" adı ilə Azərbaycan Respublikasında fəaliyyətə başlamışdır.
Şirkətimizin əsas məqsədi ölkə xaricində yüksək keyfiyyət göstəricilərinə sahib olan təhlükəsizlik və mühafizə sistemlərinin Azərbaycan Respublikasında tətbiqi və quraşdırılması, həmçinin qeyd edilən məhsullardan istifadə edən müştərilərə yüksək səviyyəli xidmətdir.

Şirkətin bütün personalı yüksək hazırlıqlı peşəkarlardan təşkil edilmişdir. Mütəmadi olaraq peşəkarlığın artırılması, yeni texnoloji nailiyyətlərin öyrənilməsi və tətbiqi məqsədi ilə əməkdaşlarımız ölkə xaricində keçirilən kurs və seminarlarda iştirak edirlər.

Qeyd edilənlərin nəticəsi kimi təsadüfi deyildir ki, artıq bir çox dövlət qurumları, idarə və təşkilatlar, eyni zamanda özəl şirkətlər uzun müddətdir xidmətlərimizdən istifadə edir.

Tapşırıqların qeyd edilən zamanda, qüsursuz yerinə yetirilməsi və ən önəmlisi müştəri məmnuniyyəti şirkətimiz üçün hər zaman prioritet mövzu olaraq qalmaqdadır!